
Ekspert qanunda ən vacib məsələlərdən biri Azərbaycan Respublikasının bərpaolunan enerji mənbələrinin potensialı atlasının yaradılması olduğunu açıqlayıb: "Atlasda ilkin qiymətləndirmə əsasında bərpaolunan enerji mənbələri potensialından istifadə edilə biləcək torpaq və su sahələrinin elc (su obyektləri), onların hər birinin bərpaolunan enerji mənbəyi kimi potensialı, sərhədlərinin hüdudları və digər xüsusiyyətləri barədə aktual məlumatlar saxlanılacaqdır. Bunun da mahiyyəti ondan ibarətdir ki, bu məlumatlar, yəni torpaq, su, meşə və sair kadastrlarının, habelə digər dövlət informasiya ehtiyatlarının məlumatları atlası aparan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi quruma əvəzsiz olaraq təqdim ediləcəkdir. Başqa sözlə, bərpaedilən enerji mənbələrinin bir növ cöğrafi koordinatları sistemi yaradılacaqdır. Eyni zamanda qanunda bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalı üçün istehsalçının seçilməsi qaydaları da dəqiq şəkildə göstərilib". E.Əmirov hərracların necə təşkil ediləcəyi məsələlərinə də toxunub: "Bərpaolunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi hərrac və ya birbaşa cəlbetmə yolu ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən həyata keçirilir. Belə ki bu proses, yəni təyin edilmiş ərazilərdə elektrik enerjisi istehsalçısının seçilməsi hərrac və ya birbaşa cəlbetmə yolu ilə həyata keçiriləcəkdir. Bu məsələ qanunun 8.3-cü maddəsində öz əksini tapmışdır. Cənab prezidentin qanun tətbiqi ilə bağlı imzaladığı fərmanda isə dəqiq göstərilir ki, burada qeyd edilən “birbaşa cəlbetmə” qaydası tətbiq etmək səlahiyyəti yalnız ölkə başçına aid edilir. Yəni, heç bir qurum bərpaolunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalı üçün istehsalçını birbaşa cəlb edə bilməz. Mütləq o bu prosesi hərrac yolu ilə həyata keçirməlidir. Birbaşa seçim yalnız cənab prezidentə məxsusdur. Bu isə, istehsalçılar seçiləməsi zamanı rəqabət mühitininin qorunmasına xidmək etmək məqsədi daşıyır. Amma bilmirəm real proses zamanı hərraclar necə təşkil ediləcək. Bunu zaman göstərəcək".