Ötən il neft və təbii qazın qiymətinin azalmasına baxmayaraq, alternativ enerji sektorunda böyümə müşahidə edilibEkspert qeyd edib ki, alternativ enerji sahəsi son illərdə ən sürətlə böyüyən sahələrdəndir: “Neft və təbii qazın qiymətinin artması bu sektorun cazibəsini daha da artırır, qiymətin azalması isə əksinə. Çünki alternativ enerji əsasən, elektrik enerjisinin istehsalında istifadə olunur”. E.Axundzadə dünyanın “sıfır emissiya” hədəfinin alternativ enerjiyə keçidi daha da sürətləndirdiyini deyib: “Dünyanın bir çox ölkələri “sıfır emissiya” hədəfi müəyyən edib. Məsələn, Avropa İttifaqı, ABŞ bu hədəfə 2050-ci ilə, Çin isə 2060-cı ildə çatmağı planlaşdırır. Bu da, öz növbəsində, alternativ enerji istehsalını stimullaşdırır. Burada əsas problemlərdən biri də odur ki, heç bir bərpaolunan enerji mənbəyinin fasiləsiz enerji ilə təminatı yoxdur. Məsələn, iqlim dəyişikliyi nəticəsində külək enerjisinin, quraqlıq səbəbilə hidroelektrik istehsalında problemlər meydana çıxır. Ona görə “sıfır emissiya” hədəfinə nail olmaq üçün hidrogen enerjsindən istifadə və bu istiqamətdə müvafiq texnologiyaların inkişafı labüddür”.