“Elektrik təchizatı şəbəkələrinə qoşulma” İşçi qrupunun iclası keçirilib

AZƏRBAYCAN

image

Aprelin 18-də Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Elektrik təchizatı şəbəkələrinə qoşulma” işçi qrupunun videokonfrans formatında növbəti iclası keçirilib.

Renewables.az bu barədə Energetika Nazirliyindən bildirilib.

İşçi qrupun rəhbəri, energetika nazirinin müavini Samir Vəliyev açılış nitqi ilə çıxış edərək gündəlikdə duran məsələləri təqdim edib. İşçi qrupun rəhbərinin müavini, “Azərişıq” ASC sədrinin birinci müavini Ramil Yusifov isə çıxışında müvafiq sahədə həyata keçirilmiş yeniliklər, eləcə də texniki və inzibati prosedurların sadələşdirilməsi istiqamətində görülən tədbirlər barədə məlumat verib.

Gündəliyə uyğun olaraq Dünya Bankının “Business Ready” hesabatının “Kommunal xidmətlər (elektrik)” indikatoru üzrə 2025-ci il üçün Yol Xəritəsinin cari ilin birinci rübü ərzində icra vəziyyəti ilə bağlı hesabat dinlənilib. Elektrik təchizatı şəbəkəsinə onlayn qoşulmaların sayı üzrə müqayisəli statistik göstəricilər təqdim olunub və əldə edilmiş nəticələr müzakirə edilib.

Həmçinin aidiyyəti dövlət qurumları və təşkilatlarla kommunikasiyanın gücləndirilməsi və xidmət keyfiyyətinin artırılması ilə bağlı fikir mübadiləsi aparılıb, növbəti mərhələdə görüləcək işlər üzrə təkliflər səsləndirilib.

İclasda Energetika, İqtisadiyyat, Rəqəmsal İnkişaf və Nəqliyyat, Daxili İşlər nazirlikləri, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, “Azərişıq” ASC, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Enerji Məsələlərini Tənzimləmə Agentliyinin nümayəndələri iştirak edib.



OXŞAR XƏBƏRLƏR