Elektroenergetika sektoru ilə bağlı Türkiyə təcrübəsinə dair müzakirələr aparılıb
21 dekabr 2021,
19:40 (UTC+4)
ÖLKƏ
EDITOR
Azərbaycan-Türkiyə 1-ci Enerji Forumu çərçivəsində “Elektrik enerjisi bazarı, elektrik enerjisinin paylanması və ötürülməsi” İşçi Qrupunun görüşü baş tutub.
"Berpaolunanenerji.az" bu barədə Energetika Nazirliyinə istinadən xəbər verir.
Görüşdə elektroenergetika sektorunda rəqabətə əsaslanan liberal bazar modelinə mərhələli keçidlə bağlı Türkiyə təcrübəsinə dair müzakirələr aparılıb.