“Elektroenergetika və bərpa olunan enerji” standartlaşdırılması üzrə Texniki Komitənin növbəti iclası keçirilib

AZƏRBAYCAN

image

Energetika Nazirliyində “Elektroenergetika və bərpa olunan enerji” standartlaşdırılması üzrə Texniki Komitənin hibrid formatında növbəti iclası keçirilib.

Renewables.az-a bu barədə Nazirlikdən bildirilib.

Nazirliyin aparat rəhbərinin müavini Xalidə Məsimovanın sədrliyi ilə keçirilən iclasda “AZS ISO 50003:2025 Enerji menecment sistemləri – Enerji menecmenti sistemlərinin auditi və sertifikatlaşdırılmasını həyata keçirən qurumlar üçün tələblər” standartının yekun layihəsi müzakirə olunub, təkmilləşdirilməsi ilə bağlı tövsiyələr dinlənilib, rəylər nəzərə alınmaqla qısa müddətdə təsdiqi qərarlaşdırılıb.



OXŞAR XƏBƏRLƏR