İlkin hesablamalara görə, Azərbaycan 2050-ci ilədək ətraf mühitə atılan karbon dioksidlərinin həcmini 40 % azaldacaq, lakin bu nəticə daha da iddialı ola bilər.
“Berpaolunanenerji.az”ın məlumatına görə, bunu energetika nazirinin müavini Elnur Soltanov Bakıda keçiilən Azərbaycan-Avropa İttifaqı biznes forumunda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, bununla bağlı Azərbaycan üzərinə öhdəlik götürüb
E. Soltanov həmçinin bildirib ki, Azərbaycan 2050-ci ilə qədər işğaldan azad edilmiş əraziləri tamamilə yaşıl enerji məkana çevirəcək.
"Hazırda ölkədə 16,5 % gücündə bərpa olunan enerji istehsalı mövcuddur. Ancaq biz 2030-cu ilə qədər bu istehsal gücünü 30 %-ə çatdırmağı planlaşdırırıq. Bu isə 1,5 qiqavat bərpa olunan enerji mənbələri deməkdir. Biz düşünürük ki, bu rəqəm daha da böyüyəcək”, - E. Soltanov vurğulayıb.
Nazir müavini qeyd edib ki, hazırda Azərbaycanda külək enerjisi üzrə 3 000 meqavat istehsal gücü potensialı qiymətləndirilir: “Gələcəkdə bu güc 8 min meqavata və ya 8 qiqavata çatdırılacaq. Bundan başqa, ölkədə günəş enerjisi üzrə 23 000 MVt, bioenerji potensialı 380 MVt həcmində qiymətləndirilir. İşğaldan azad edilmiş ərazilərdə su elketrik stansiyalarının inşası üçün böyük potensial var".