Elnur Soltanov: "Qarabağ yaşıl enerji zonasına çevriləcək"

17 may 2022, 22:53 (UTC+4)
ÖLKƏ
EDITOR
image
"Azərbaycan Qarabağın yaşıl enerji zonasına çevrilməsi üzərində çalışır". “Berpaolunanenerji.az”ın məlumatına görə, bunu Azərbaycanın energetika nazirinin müavini Elnur Soltanov Azərbaycan-Avropa İttifaqı biznes forumunda çıxışı zamanı bildirib. Onun sözlərinə görə, işğaldan azad edilmiş müxtəlif regionlar fərqli potensiala malikdir. O, indiyədək Qarabağda 4 kiçik Su Elektrik Stansiyasının (SES) işə salındığını, daha 5-i üzərində iş aparıldığını bildirib. Nazir müavini Azərbaycanda 2030-cu ilədək Milli İnkişaf Strategiyası çərçivəsində 5 əsas istiqamətin müəyyən edildiyini, onlardan birinin təmiz ətraf mühit olduğunu xatırladıb. E.Sultanov Azərbaycanın 2050-ci ilədək atmosferə atılan tullantıların həcmini 40% azaltmağı hədəflədiyini bildirib.