Energetika Nazirliyi və AYİB memorandum imzalayacaq

12 sentyabr 2022, 19:32 (UTC+4)
ÖLKƏ
EDITOR
image
Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Avropa Yenidənqurma və İnkişaf Bankın (AYİB-EBRD) prezidenti Odile Renaud-Basso görüşüb. "Berpaolunanenerji.az" xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov öz "Twitter" hesabında paylaşım edib. “Biz Odile Renaud ilə CGD-nin genişləndirilməsinə maliyyə dəstəyi və yaşıl enerji üzrə çoxşaxəli əməkdaşlığımızın prioritetləri barədə səmərəli müzakirələr apardıq. Nazirlik və AYİB arasında enerji sektorunun inkişafına texniki dəstək haqqında memorandum imzalamağı planlaşdırır”, - paylaşımda bildirilir.