Enerji Effektivliyi Fonduna enerji resurslarından köçürüləcək vəsaitin məbləği bəlli olub

AZƏRBAYCAN

image

Azərbaycanda satışından enerji effektivliyi fonduna vəsait köçürülməsi nəzərdə tutulan enerji resurslarının siyahısı və köçürülən vəsaitin məbləği məlum olub.

Renewables.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin imzaladığı fərmanla təsdiqlənən “Enerji effektivliyi fondunun vəsaitlərinin formalaşdırılması və istifadə Qaydası”na Əlavədə əksini tapıb.

Qaydaya görə, ölkədaxili istehsalçı tarifi ilə satışdan daxil olan vəsaitdən

- elektrik enerjisi üzrə 0,03 %;

- təbii qaz üzrə 0,03 %;

- avtomobil benzini (Aİ-92) üzrə 0,5 %;

- dizel yanacağı üzrə  0,5 % köçürüləcək (ƏDV-siz).



OXŞAR XƏBƏRLƏR