F1 üzrə Bəhreyn Qran-prisinə güc təmin edəcək günəş layihəsi üçün tender elan edildi

19 iyun 2021, 13:36 (UTC+4)
DÜNYA
EDITOR
image
2022-ci ildə Bəhreyndə keçiriləcək Formula 1 Qran-prisinə güc təmin edəcək bir böyük günəş enerjisi layihəsi üçün beynəlxalq ictimai tender elan edilib. Bu barədə "Berpaolunanenerji.az" Bəhreyn Beynəlxalq Halqasına (BIC) istinadən xəbər verir. Ən az 3 MVt gücündə olacaq stansiyanın BIC-də avtomobil parklama ərazilərində qurulacaq. Layihə 20 illik bir anlaşma ilə həyata keçiriləcək. BIC verdiyi açıqlamada layihənin bütün Formula 1 yarışları üçün kifayət qədər enerjini təmin edəcəyi bildirilir. Bundan əlavə Formula 1, 2030-cu ilə qədər sıfır karbon olma planını hədəfləyir.