Finlandiya Botniya körfəzində 1,4 qiqavat gücündə külək elektrik stansiyası tikəcək

6 fevral 2023, 15:56 (UTC+4)
KÜLƏK
EDITOR
image
İsveçin bərpa olunan enerji layihəsinin tərtibatçısı OX2 Finlandiyanın Botniya körfəzində 1 400 MVt gücündə "Tyrsky" dəniz külək layihəsi reallaşdıracaq. "Renewables.az" şirkətin yaydığı məlumata istinadən xəbər verir ki, bununla bağlı ətraf mühitə təsirin qiymətləndirilməsinin (ƏMTQ) aparılacaq.  2030-cu ilə qədər istismara veriləcəyi gözlənilən stansiya təxminən 100 turbindən ibarət olacaq. Stansiyada illik 6 milyard kilovat-saat elektrik enerjisi istehsal ediləcək ki, bu da Finlandiyada cari illik elektrik enerjisi istehlakının təxminən 7 %-ni təşkil edir. Qeyd edək ki, OX2 şirkəti 18,3 qiqavatlıq dəniz külək layihələri portfelinə malikdir.