Fransa nüvə energerikasını "yaşıl enerji" kateqoriyasına keçirməyə dair çağırış edib
DÜNYA
NÜVƏ ENERJİSİ
-
24.10.2021 11:18 (UTC+04:00)
Ötən gün Avropa İttifaqında əsas söz sahiblərindən biri olan Fransanın Maliyyə Naziri Bruno Le Mer Avropa Komissiyasını atom elektrik stansiyalarının sayını artırmağa, bu stansiyaların karbon qazı ifraz etmədiyinə görə isə nüvə energerikasını “yaşıl enerji” kateqoriyasına keçirməyə dair çağırış edib.
"Berpaolunanenerji.az"ın məlumatına görə, nazirin təklifi dərhal hökümətlər səviyyəsində Bolqarıstan, Maracarıstan, Polşa, Rumıniya, Slovakiya, Sloveniya, Finlandiya, Xorvatiya və Çexiya tərəfindən dəstək görüb.
Qeyd edək ki, bu fikir yaranmış enerji böhranından çıxış yolu kimi səsləndirilib.