GECO və "Siemens Energy Global GmbH & Co. KG" arasında yaşıl enerjinin ötürülməsi sahəsində müqavilə imzalanıb

AZƏRBAYCAN
YAŞIL ENERJİ DƏHLİZİ

image

Bakıda keçirilən Almaniya-Azərbaycan İxrac və Maliyyə konfransı çərçivəsində Almaniyanın "Siemens Energy Global GmbH & Co. KG" şirkəti və Azərbaycandan Gürcüstana və daha sonra Avropaya yaşıl enerjinin tədarükünü nəzərdə tutan Qara dəniz sualtı enerji kabeli layihəsinin idarə edilməsini həyata keçirən "Green Energy Corridor Power Company" (GECO) birgə müəssisəsi arasında Məxfilik Sazişi (NDA) imzalanıb.

Memorandumda HVDC texnologiyasından (yüksək gərginlikli birbaşa cərəyan ötürmə sistemi) istifadə edilməklə yaşıl enerjinin ötürülməsi sahəsində əməkdaşlıq nəzərdə tutulur.

Məxfilik sazişi (NDA) - tərəflərdən birinin və ya hər ikisinin əldə etdiyi məlumatları üçüncü şəxslərə açıqlamamasını təmin edən hüquqi sənəddir.

Qeyd edək ki, “GECO Green Energy Company” 2025-ci ilin fevral ayından etibarən Buxarest şəhərində fəaliyyət göstərir.



OXŞAR XƏBƏRLƏR