Google Asiyada ilk geotermal enerji müqaviləsini imzalayıb

DÜNYA
GEOTERMAL

image

Texnologiya nəhəngi Google Tayvanda geotermal enerji istehsalı ilə bağlı müqavilələr imzalayıb.

Renewables.az-ın şirkətin yaydığı məlumata istinadən xəbərinə görə, geotermal enerji layihəsini 10 MVt gücündə olacaq.

Google açıqlamasında bildirib ki, layihə qlobal geotermal istehsalçısı "Baseload Capital" tərəfindən icra ediləcək.

Bununla bağlı şirkətlə "Baseload Capital" arasında Enerji alqı-satqı müqavilələri (PPAs) imzalanıb.

"Bu geotermal müqavilələri Asiya-Sakit Okean regionunda və qlobal miqyasda geotermal inkişafı miqyaslaşdırmaq üçün yollar açmaqla yanaşı, yerli məlumat mərkəzimizi və əməliyyatlarımızı təmiz elektrik enerjisi ilə dəstəkləmək üçün enerji həllər dəstini inkişaf etdirmək öhdəliyimizi əks etdirir", - məlumatda qeyd edilib.



OXŞAR XƏBƏRLƏR