Günəş və külək enerji avadanlıqlarından istifadə üçün xüsusi icazə tələb olunur? – RƏSMİ

AZƏRBAYCAN
GÜNƏŞ
KÜLƏK

image

Vətəndaşlar evlərində, yaşayış ərazilərində günəş və külək qurğularından enerji istehsal edə bilərlər. Bəs istehsal olunan elektrik enerjisinin həcmi nə qədər olduqda xüsusi icazə tələb olunmur?

Energetika nazirliyindən "Berpaolunanenerji.az"ın sorğusuna cavab olaraq bildirilib ki, vətəndaşların istehsal etdiyi elektrik enerjisinin həcmi 150 kVt-a qədər olduqda xüsusi icazə tələb olunmur.

Hər kəs bərpaolunan enerji qurğularının satışı və quraşdırılması ilə məşğul olan şirkətlərdən bu avadanlıqları əldə edib istifadə edə bilərlər. Bunun üçün də xüsusi icazə tələb olunmur.


 



OXŞAR XƏBƏRLƏR