IEA icraçı direktorunun müavini: "700-800 milyon insanın enerjiyə əlçatanlığı yoxdur"

5 noyabr 2021, 21:24 (UTC+4)
ÖLKƏ DÜNYA
EDITOR
image
700-800 milyon insanın enerjiyə əlçatanlığı yoxdur. "Berpaolunanenerji.az"ın məlumatına görə, bunu “COVID-19-dan sonrakı dünya” mövzusunda VIII Qlobal Bakı Forumunda “İqlim dəyişikliyinə qarşı mübarizə və qlobal enerji ehtiyaclarını qarşılamaq: hər ikisini necə edə bilərik?” mövzusunda paneldə çıxış edən Beynəlxalq Enerji Agentliyinin (IEA) icraçı direktorunun müavini Meri Uorlik deyib. O qeyd edib ki, COVID-19 pandemiyası bu əlçatanlğı daha da azaldıb: "Düşünürəm ki, iqlim dəyişikliyi bu məsələni daha da ağırlaşdırıb. Hal-hazırda dünyada bununla bağlı vəziyyət heç də ürəkaçan deyil".