Azərbaycan Prezidenti İlham Əliyev İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Əlahəzrət Salman bin Əbdüləziz Al Səudu Krallıq Elan Edilməsi Günü münasibətilə təbrik edib.
Renewables.az Prezidentin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, təbrik məktubunda əməkdaşlığın prioritet sahələrindən olan enerji, o cümlədən alternativ və bərpaolunan enerji sahəsində Səudiyyə Ərəbistanının aparıcı şirkəti “ACWA Power” ilə tərəfdaşlığın ildən-ilə genişləndiyi və yeni məzmun kəsb etdiyi qeyd edilib.