Çin şirkətləri Azərbaycanda dənizdə külək layihələri inkişaf etdirəcək

AZƏRBAYCAN
KÜLƏK

image

Çin şirkətləri Azərbaycanda dənizdə külək enerjisi layihələri inkişaf etdirəcək

Renewables.az xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Çinə səfəri çərçivəsində Çin şirkətləri ilə müqavilələr imzalanıb.

Energetika Nazirliyi ilə “China Energy Overseas Investment Co. Ltd.” şirkəti arasında isə Azərbaycanda dənizdə külək enerjisi layihəsinin qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsi ilə bağlı İcra müqaviləsi imzalanıb. Müqaviləyə əsasən, Xəzər dənizində külək enerjisi potensialının qiymətləndirilməsi, bu sahədə layihələrin planlaşdırılması və inşası üzrə əməkdaşlıq ediləcəkBu çərçivədə mərhələli əsasda minimum 2 GVt gücündə dənizdə külək elektrik stansiyasının qiymətləndirilməsi, inkişaf etdirilməsi, layihələndirilməsi, maliyyələşdirilməsi, mühəndisliyi, tikintisi, istismara verilməsi və texniki xidmət üzrə əməkdaşlıq nəzərdə tutulur. 

Həmçinin Energetika Nazirliyi, “SOCAR Green” MMC, “China Datang Overseas Investment Co. Ltd” və “PowerChina Resources Limited” arasında Xəzər dənizinin Azərbaycan sektorunda 2 GVt gücündə dənizdə külək enerjisi layihəsinin inkişafına dair Anlaşma Memorandumu imzalanıb. Memorandum çərçivəsində investisiya imkanlarının qiymətləndirilməsi və müvafiq texniki-hüquqi dəstək mexanizmlərinin qurulması üzrə əməkdaşlıq ediləcək. Layihənin inkişafı məqsədilə Rəhbər Komitə və İşçi Qrup yaradılacaq, həmçinin kommersiya, hüquq və texniki sahələr üzrə ekspertlər cəlb olunacaq. Müvafiq icazələrin alınması, dəniz ərazilərinin ayrılması və digər zəruri proseslərdə Energetika Nazirliyi tərəfindən dəstək göstəriləcək.



OXŞAR XƏBƏRLƏR