İndoneziya günəş enerjisinin qoyuluş gücünü artıracaq

10 oktyabr 2021, 15:31 (UTC+4)
DÜNYA GÜNƏŞ
EDITOR
image
İndoneziya 2030-cu ilə qədər günəş enerjisinin qoyuluş gücünü 4 680 MVt artırmağı hədəfləyir. "Berpaolunanenerji.az" bu barədə xarici mətbuata istinadən xəbər verir. Ölkənin enerji naziri Arifin Tasrif, 2030-cu ilə qədər artırmağı planlaşdırılan gücün 51,6 faizini bərpaolunan mənbələrdən olacağını və günəş enerjisi gücünü isə 4 680 MVt artırmağı hədəflədiklərini açıqlayıb. Qeyd edək ki, İndoneziya 2019-2028-ci illər arası günəş enerjisini 908 MVt, bərpaolunan enerji gücünü isə ümumi gücün 30 faizi nisbətində olacağı hədəflənmişdi. Ölkə 2060-cı ilə qədər karbon emissiyasını sıfıra endirmək, 2030-cu ilə qədər isə bərpaolunan enerji gücünü 25 faizə qaldırmaq niyyətindədir.