İtaliya şirkəti İspaniyadakı doqquz külək və günəş layihəsini satın aldı

DÜNYA
GÜNƏŞ
KÜLƏK

image

İtaliyanın enerji şirkəti “Eni”, İspaniyada ümumi gücü 1,2 QVt olan günəş və külək enerji layihələrini satın alıb.

“Berpaolunanenerji.az” "Eni"yə istinadən xəbər verir ki, bu barədə şirkət “Azora Capital” ilə anlaşma imzalayıb.

“Eni”nin satın aldığı layihə dörd külək və beş günəş elektrik stansiyasından ibarətdir. KES-lərin qoyuluş gücü 230 MVt, GES-lərin qoyuluş gücü isə təxminən 1 QVt-a yaxındır.

Qeyd edək ki, GES-lər 2024-cü ildə istifadəyə veriləcək və bununla bağlı hər iki şirkət birlikdə çalışacaq.


 



OXŞAR XƏBƏRLƏR