Elektrik enerjisinə dair operativ məlumatlara əsasən, 2025-ci ilin yanvar-fevral aylarında Azərbaycanın külək elektrik stansiyalarının elektrik istehsalı 5,8 mln. kVt-saat təşkil edib.
Renewables.az xəbər verir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,7 mln. kVt-saat və ya 39 % azdır.
Hesabat dövründə "Azərişıq" ASC üzrə külək elektrik stansiyalarında 4,1 mln. kVt-saat (1,9 mln. kVt-saat az) elektrik enerjisi istehsal olunub.