Kəlbəcər və Laçındakı KSES-lərdə istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb

27 may 2026, 17:01 (UTC+4)
ÖLKƏ HİDRO YAŞIL ENERJİ ZONASI
EDITOR
image

2023-cü ilin 27 may tarixində Kəlbəcər rayonunda 3,4 MVt gücündə "Meydan" və 6,3 MVt gücündə "Qamışlı" kiçik su elektrik stansiyaları (KSES), 2025-ci ilin eyni günündə isə Laçın rayonunda 3,1 MVt gücündə "Aşağı Malıbəy" və 3,5 MVt gücündə "Mirik" KSES-ləri istismara verilib.

Renewables Energetika Nazirliyinə istinadən xəbər verir ki, fəaliyyətə başladığı dövrdən bu ilin mayınadək bu stansiyalarda ümumilikdə 78,5 mln. kVts elektrik enerjisi istehsal edilib:

  • "Meydan" KSES: 17 mln. kVts;
  • "Qamışlı" KSES: 35,5 mln. kVts;
  • "Aşağı Malıbəy" KSES: 10,5 mln. kVts;
  • "Mirik" KSES: 15,5 mln. kVts.

İşğaldan azad edilmiş ərazilərin zəngin hidroenerji potensialı bərpa olunan enerji mənbələrindən istifadə imkanlarını genişləndirməklə yanaşı, yaşıl enerji istehsalının artmasına, bu ərazilərdə dayanıqlı və ekoloji təmiz şəhər mühitinin formalaşmasına əlverişli şərait yaradır.