"Azerbaijan Green Energy Company"nin (AGEC) törəmə müəssisəsi "Clean Energy Capital" MMC və "Baltech Green" MMC arasında birgə müəssisə olan “Kəlbəcər Enerji” MMC yaradılıb.
Renewables.az xəbər verir ki, bu barədə AGEC məlumat yayıb.
"Bu əlamətdar hadisə Azərbaycanın təmiz enerjiyə keçidində irəliyə doğru böyük addımdır", - məlumatda qeyd edilib.
Xatırladaq ki, COP29 çərçivəsində Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi (BOEMDA), "Clean Energy Invest" MMC və "Baltech Green" MMC arasında Kəlbəcər Külək Elektrik Stansiyasının inkişafına dair Anlaşma Memorandumu (MoU) imzalanıb. Külək elektrik stansiyasının 200-240 MVt gücündə 2028-ci ilin əvvəlində kommersiya fəaliyyətinə başlaması gözlənilir. 3100 metr ərazi yüksəkliyinin yaratdığı unikal şərait sayəsində layihənin ümumi gücünün gələcəkdə 600 MVt-a qədər çatdırılması potensialı mövcuddur.