İlham Əliyev: Hazırda Avropa İttifaqı ilə elektrik enerjisinin ixracı üzrə işləyirik

AZƏRBAYCAN
YAŞIL ENERJİ DƏHLİZİ

image

Mən Prezident Mattarellaya bu gün məlumat verdim ki, biz hazırda Avropa İttifaqı ilə elektrik enerjisinin ixracı üzrə işləyirik. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev İtaliya Prezidenti Sercio Mattarella ilə mətbuata bəyanatında bildirib.

"Elektrik xətlərinin çəkilməsi ilə bağlı texniki-iqtisadi əsaslandırma hazırlanmaqdadır. Yəqin ki, yaxın vaxtlarda hazır olacaq. Beləliklə TAP-ın və Cənub Qaz Dəhlizinin açdığı yol bu gün daha böyük layihələrə yol açır. Elektrik enerjisi, o cümlədən Xəzərin dibi ilə Orta Asiyadan Azərbaycana və ondan sonra Avropa məkanına ötürüləcək elektrik enerjisi bizim əməkdaşlığımızın həcmini daha da artıracaq", - dövlət başçısı qeyd edib.



OXŞAR XƏBƏRLƏR