"Lightsource bp" İspaniyadakı günəş layihələrini satın aldı

28 iyun 2021, 16:23 (UTC+4)
DÜNYA GÜNƏŞ
EDITOR
image
bp-nin yarısına sahib olduğu "Lightsource bp" İspaniyadakı 703 MVt gücündəki 3 günəş enerji layihəsini satın alıb. "Berpaolunanenerji.az" "Lightsource bp"-yə istinadən xəbər verir ki, İspaniyanın "Grupo Jorge" şirkətinin 3 günəş layihəsini 566 milyon ABŞ dolları məbləğində satın almaq üçün müqavilə imzalanıb. Beləliklə, şirkətin İspaniyada olan layihələrinin ümumi gücü 3 QVt-a çatıb. Bu güc planlanan layihələrin qoyuluş gücünün təxminən 15 %-ə bərabərdir.