Litva Prezidenti: "Baltik dənizində ilk dəfə olaraq külək enerji parkını yaradacağıq"

19 may 2022, 01:28 (UTC+4)
DÜNYA
EDITOR
image
Son on il ərzində biz artıq böyük elektrik istehsalı işlərini icra etmişik, qaz və maye qaz terminalının tikintisi layihələrini həyata keçirmişik. Həmin terminalın inşası 2014-cü ildə başa çatdırılmışdır. "Berpaolunanenerji.az" xəbər verir ki, bunu Litva Prezidenti Gitanas Nauseda Azərbaycan-Litva biznes forumunda deyib. Litvanın dövlət başçısı vurğulayıb: "Hazırda enerji sektorumuz günəş və külək enerji parklarından ibarətdir. Biz bu yaxınlarda Baltik dənizində ilk dəfə olaraq külək enerji parkını yaradacağıq".