Clearway Energy Group (“Clearway”) ABŞ-nin Qərbi Virciniya ştatında yerləşən 335 meqavatlıq (MVt) "Mount Storm" külək enerji layihəsi ilə bağlı Microsoft ilə uzunmüddətli enerji alqı-satqı müqaviləsi (PPA) imzalayıb.
Renewables.az-ın Clearway-in yaydığı press-relizə istinadən xəbərinə görə, "Mount Storm" təmiz enerji istehsal etməklə Microsoft-un davamlılıq və karbonsuzlaşdirma məqsədlərinə dəstək verəcək.
"Clearway, "Mount Storm" layihəsində Microsoft ilə işimizi elan etməkdən məmnundur. Biz bərpa olunan enerjinin inkişafını və cəmiyyətdə iqtisadi artımı dəstəkləməkdən qürur duyuruq" - Clearway-in baş vitse-prezidenti Valeri Vuli deyib.
“Mount Storm” layihəsi Amerika istehsalı olan külək avadanlıqları ilə tikiləcək.