Monteneqroda bərpa olunan enerji layihələrinə 200 milyon avro sərmayə yatırılacaq

17 yanvar 2023, 11:14 (UTC+4)
DÜNYA
EDITOR
image
Monteneqroda üç günəş və bir külək elektrik stansiyasına 200 milyon avrodan çox sərmayə yatırılacaq. "Renewables.az" "Balkan Green Energy News" portalına istinadən xəbər verir ki, bu da 50-dən çox daimi iş yerinin yaranmasına səbəb olacaq. İlkin təhlillərə əsasən, günəş elektrik stansiyalarının gücü 500 MVt-dan çox olacaq. Qeyd edək ki, hökumət bu yaxınlarda günəş panellərinin satışına, quraşdırılmasına və idxalına qoyulan əlavə dəyər vergisini 21 %-dən 7 %-ə endirib.