Naxçıvanda günəş, su və külək elektrik stansiyalarının qurulması nəzərdə tutulub
6 may 2022,
02:15 (UTC+4)
ÖLKƏ
EDITOR
Naxçıvan şəhərində, Kəngərli və Şərur rayonlarında Günəş və su, Culfa rayonunda isə külək elektrik stansiyalarının qurulması nəzərdə tutulub.
"Berpaolunanenerji.az" xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov 3 meqavatlıq Zeyvə Günəş Elektrik Stansiyasının istifadəyə verilməsi zamanı deyib.