Naxçıvanda günəş enerjisi istehsalı artıb

AZƏRBAYCAN
GÜNƏŞ

image

Cari ilin yanvar-mart ayları ərzində Naxçıvanın günəş elektrik stansiyalarında (GES) elektrik enerjisinin istehsalı 13,8 milyon kVt·st olub.

Renewables.az Energetika Nazirliyinin yaydığı elektrik enerjisinə dair operativ məlumatlara əsasən xəbər verir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,6 milyon kVt·st və ya 13,1 % çoxdur.

Qeyd edək ki, hesabat dövründə Azərbaycanda günəş enerjisi istehsalı 25,7 faiz artaraq 112,5 mln. kVt-saat təşkil edib.



OXŞAR XƏBƏRLƏR