Nazir dünyanın ən böyük üzən Külək Elektrik Stansiyasına baş çəkib
KÜLƏK
-
15.06.2022 22:25 (UTC+04:00)
Energetika naziri Pərviz Şahbazov Böyük Britaniyaya səfəri çərçivəsində Şotlandiyanın Aberdinşir sahilindən 15 km məsafədə olan Kinkardinə - dünyanın ən böyük üzən Külək Elektrik Stansiyasına baş çəkib.
"Berpaolunanenerji.az" xəbər verir ki, bu barədə nazir özünün tviter səhifəsində məlumat verib.
Nazir bildirib ki, 50 MVt gücə malik bu stansiya suyun 60 metrdən 80 metrədək dərinliyində yerləşir.