Hazırda dövlət başçısının tapşırığı ilə Qarabağ regionunda "yaşıl enerji" zonasının yaradılması ilə bağlı iş gedir.
"Berpaolunanenerji.az" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında energetika naziri Pərviz Şahbazov deyib.
Sitat: "Qarabağ regionunda "yaşıl enerji" zonası üzərində hal-hazırda iş gedir və nəzərdə tutulur ki, bu regionda təsis edilən enerji mənbələri yaşıl enerjidən ibarət olacaq. Bu ilk növbədə böyük su resurslarımız, hidro elektrik stansiyaları, o cümlədən bir çox sayda kiçik su elektrik stansiyaları və eyni zamanda hal-hazırda biz Qarabağ regionunda günəş və külək elektrik stansiyaları üzərində də iş aparırıq. Beləliklə, Qarabağ regionunu ümumilikdə "yaşıl enerji" mənbələri vasitəsilə elektrik enerjisi ilə təchiz etmək niyyətindəyik"