Nazir: "Xudafərin" və "Qız Qalası" SES-lərin tezliklə yekunlaşdırılmasını razılaşdırdıq"
6 iyul 2022,
18:19 (UTC+4)
ÖLKƏ
EDITOR
Energetika naziri Pərviz Şahbazov Azərbaycanda səfərdə olan İranın energetika naziri Əli Əkbər Mehrabian ilə görüşüb.
"Berpaolunanenerji.az" xəbər verir ki, bu barədə nazir özünün tviter səhifəsində məlumat verib.
"İranın energetika naziri Əli Əkbər Mehrabian ilə geniş tərkibli görüşdə "Xudafərin" və "Qız Qalası" hidroqovşaqları, SES-lər ilə bağlı işlərin sürətləndirilməsini və stansiyaların tezliklə yekunlaşdırılmasını razılaşdırdıq. Energetika sahəsində əməkdaşlığımızın inkişafı baxımından müzakirələrimiz məhsuldar oldu", - nazir bildirib.