Özbəkistan Qazaxıstan və Azərbaycanla "yaşıl enerji” sazişini təsdiqləyib

REGİON
YAŞIL ENERJİ DƏHLİZİ

image

Özbəkistan "Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Özbəkistan Respublikası hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş"i təsdiqləyib.

Renewables.az UzDaily nəşrinə istinadən xəbər verir ki, bu barədə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev qərar imzalayıb.

Saziş çərçivəsində istehsal olunan "yaşıl enerji”nin Xəzər dənizi vasitəsilə ötürülməsi təşkil ediləcək, layihə isə Qara dənizi birləşdirən enerji kabeli ilə əlaqələndiriləcək. Özbəkistan Energetika Nazirliyi beynəlxalq sazişin həyata keçirilməsinə görə məsul olan səlahiyyətli orqan təyin edilib.

Xatırladaq ki, Saziş 2024-cü il noyabrın 13-də Bakı şəhərində keçirilən COP29 tədbiri çərçivəsində imzalanıb. Azərbaycan Prezidenti İlham Əliyev cari ilin 25 fevralında sazişin təsdiqi barədə Qanunu imzalayıb.

Özbəkistan mediasının məlumatına görə, texniki-iqtisadi əsaslandırmanın hazırlanması üçün İtaliyanın CESI şirkəti seçilib və bu işlərin başa çatdırılması üçün təxminən il yarım vaxt lazımdır. Texniki-iqtisadi əsaslandırmanın 2025-ci ilin sonunadək başa çatdırılması, bundan sonra enerji dəhlizinin tikintisinə başlanacağı gözlənilir. Uzunluğu 2,5 min km olan kabel Xəzər dənizinin dibi ilə çəkiləcək və yüksək gərginlikli sabit cərəyan (HVDC) xəttinin bir hissəsi olacaq. Layihənin yekun dəyəri texniki-iqtisadi əsaslandırma başa çatdıqdan sonra müəyyən ediləcək.



OXŞAR XƏBƏRLƏR