Pərviz Şahbazov Şotlandiyalı nazirlə enerji keçidi ilə bağlı məsələləri müzakirə edib
15 iyun 2022,
22:29 (UTC+4)
ÖLKƏ
EDITOR
Azərbaycanın energetika naziri Pərviz Şahbazov Şotlandiyanın "xalis sıfır", enerji və nəqliyyat naziri Michael Matheson ilə görüşüb.
"Berpaolunanenerji.az" xəbər verir ki, bu barədə nazir özünün tviter səhifəsində məlumat verib.
"Neft-qaz məkanı Şotlandiyada "xalis sıfır", enerji və nəqliyyat naziri Michael Matheson ilə enerji keçidi ilə bağlı məsələləri müzakirə etdik. Azərbaycan və Şotlandiyanın enerjidə inkişaf yolu bir-birinə bənzəyir", - nazir qeyd edib.