Pərviz Şahbazov Energetiklər Günü münasibətilə Azərbaycan energetiklərini təbrik edib
20 oktyabr 2022,
13:56 (UTC+4)
ÖLKƏ
EDITOR
Energetika naziri Pərviz Şahbazov Energetiklər Günü münasibətilə Azərbaycan energetiklərini təbrik edib.
"Berpaolunanenerji.az" xəbər verir ki, bu barədə nazir tviterdə paylaşım edib.
"Energetiklər Günü münasibətilə Azərbaycanın bütün energetiklərini səmimi qəlbdən təbrik edirəm. Yaxın gələcəkdə Azərbaycanı elektrik enerjisinin, “yaşıl enerji”nin əsas təchizatçılarından birinə çevirəcək işıqlı fəaliyyətlərində uğurlar arzulayıram!" - nazir qeyd edib.