Prezident: BƏƏ bərpaolunan enerji sahəsində Azərbaycanın strateji tərəfdaşıdır

AZƏRBAYCAN

image

Azərbaycan Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bərpaolunan enerji sahəsində Azərbaycanın strateji tərəfdaşı olduğunu deyib.

Bu barədə dövlət başçısı dekabrın 6-da BƏƏ-nin "2PointZero" şirkətinin sədri Şeyx Zayed bin Hamdan bin Zayed Əl Nəhyanı, "International Holding Company"nin baş icraçı və idarəedici direktoru Seyid Basar Şuebi, həmçinin "International Resources Holding" şirkətinin baş icraçı direktoru Əli Alraşdini qəbul edərkən deyib.

Bərpaolunan enerji sahəsində BƏƏ-nin Azərbaycanın strateji tərəfdaşı olduğunu deyən Prezident İlham Əliyev bu istiqamətdə imzalanmış sənədləri qeyd edərək əməkdaşlığın genişləndirilməsi üçün yaxşı potensialın mövcudluğunu vurğulayıb. Dövlət başçısı Azərbaycan-BƏƏ əməkdaşlığının daha geniş region üçün mühüm əhəmiyyət kəsb etdiyini deyib.

Enerji infrastrukturu, bərpaolunan enerji, investisiyalar, informasiya texnologiyaları, mədən sənayesi və digər sahələrdə əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb.



OXŞAR XƏBƏRLƏR