- enerji istehlakına dair məlumatın əldə edilməsi və iqtisadi cəhətdən səmərəli enerji istehlakı imkanlarının müəyyənləşdirilməsi məqsədilə qeyri-yaşayış sahələrinin və təsərrüfatların qiymətləndirilməsi məqsədilə enerji auditinin aparılması;
- istehlak olunan enerjinin həcminin ölçülməsi, təhlili və səmərəliliyin qiymətləndirilməsi, habelə enerji effektivliyi üzrə tədbirlərin tətbiqi ilə bağlı enerji effektivliyi xidmətlərinin həyata keçirilməsi;
- enerji effektivliyi üzrə tədbirlərin həyata keçirilməsini nəzərdə tutan daimi enerji idarəetmə sisteminin tətbiqi;
- təsərrüfat subyektlərində və binalarda enerjidən səmərəli istifadəyə cavabdeh fiziki şəxsin - enerji idarəçisinin (meneceri) təyin edilməsi;
Qanun layihəsində ilk dəfə tətbiq olunacaq enerji səmərəliliyi layihələrinə yer veriləcək