Qarabağda bərpa olunan enerji mənbələrinin potensialı ölçüləcək

23 iyun 2022, 00:31 (UTC+4)
ÖLKƏ
EDITOR
image
Qarabağda bərpa olunan enerji mənbələrinin potensialı ölçüləcək. "Berpaolunanenerji.az"ın məlumatına görə, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2022-2026-cı illərdə “yaşıl enerji” zonasının yaradılması üzrə Tədbirlər Planı”nda əksini tapıb. Tədbirlər Planına əsasən, Energetika Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, "Azərenerji" ASC, Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə 2022-2024-cü illərdə bərpa olunan enerji mənbələrinin potensialının ölçülməsi üzrə potensiala dair məlumatları təmin etməlidir.