Qarabağda dövlət-özəl tərəfdaşlığı əsasında layihələr həyata keçiriləcək

23 iyun 2022, 02:36 (UTC+4)
ÖLKƏ
EDITOR
image
Qarabağda dövlət-özəl tərəfdaşlığı əsasında layihələr həyata keçiriləcək. "Berpaolunanenerji.az"ın xəbərinə görə, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2022-2026-cı illərdə “yaşıl enerji” zonasının yaradılması üzrə Tədbirlər Planı”nda əksini tapıb. Tədbirlər Planına əsasən, İqtisadiyyat Nazirliyi, Energetika Nazirliyi aidiyyətı qurumlarla birlikdə 2022-2026-cı illərdə dövlət-özəl tərəfdaşlığı modeli əsasında həyata keçirilə biləcək müvafiq layihələrin müəyyən edilməsi və həyata keçirilməsi üzrə potensial layihələrin müəyyən edilməsi və layihələrin həyata keçirilməsini təmin etməlidir.