Qaradağ rayonu ərazisində hər birinin sahəsi 0.5858 hektar olmaqla, ümumilikdə 9.3728 hektar ərazi 16 ədəd külək turbininin yerləşmə ərazisi kimi müəyyən olunmuş və münasibət bildirilməsi üçün aidiyyəti qurumlara təqdim olunub.
Renewables.az xəbər verir ki, bu barədə Energetika Nazirliyi tərəfindən 2024-cü ildə görülmüş işlərə dair hesabatda deyilir.
Qaradağ rayonunda 70 MVt gücündə külək elektrik stansiyası layihəsinin İspaniyanın “Elecnor” şirkətinin həyata keçirəcəyi gözlənilir.
Xatırladaq ki, 2024-cü il 1 mart tarixində Energetika Nazirliyi və İspaniyanın “Elecnor” şirkəti arasında Qaradağ rayonunda 70 MVt gücündə külək elektrik stansiyası layihəsinin həyata keçirilməsi sahəsində əməkdaşlığı əhatə edən Anlaşma Memorandumu imzalanıb.