Qazaxıstanda 100 MVt gücündə külək elektrik stansiyası istifadəyə verilib
KÜLƏK
-
02.08.2022 00:10 (UTC+04:00)
Qazaxıstanın Abay rayonunda 100 MVt gücündə "Abay-1" Külək Elektrik Stansiyası (KES) enerji istehsalına başlayıb.
"Berpaolunanenerji.az" "QazaqGreen" portalına istinadən xəbər verir ki, bu barədə ölkənin Energetika Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
"Abay-1" KES ildə 300 milyon kilovat-saata yaxın elektrik enerjisi istehsal edəcək, 15-ə yaxın daimi iş yeri yaradacaq.
Qeyd edək ki, Qazaxıstan 2025-ci ilə qədər bərpa olunan enerji mənbələrinin qoyuluş gücünü 2 400 MVt-a çatdırmaq niyyətindədir.