Cari ilin ilk iki ayında ölkənin günəş elektrik stansiyalarının elektrik enerjisi istehsalı 54,9 mln. kVt-saat təşkil edib.
Renewables.az Energetika Nazirliyinin yaydığı elektrik enerjisinə dair operativ məlumatlara əsasən xəbər verir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,2 mln. kVt-saat və ya 8,3 % çoxdur.
Qeyd edək ki, hesabat dövründə Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə günəş elektrik stansiyalarında 7,6 mln. kVt-saat elektrik enerjisi istehsal edilib.