Rusiya şirkətləri bərpaolunan enerji sahəsində Azərbaycanla əməkdaşlıqda maraqlıdır

23 fevral 2022, 13:07 (UTC+4)
ÖLKƏ
EDITOR
image
Rusiyanın biznes strukturları elektroenergetika sahəsində Azərbaycan ilə əməkdaşlıqda maraqlıdırlar. "Berpaolunanenerji.az" xəbər verir ki, bu sözləri Rusiya Federasiyasının Prezidenti Vladimir Putin fevralın 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə mətbuata bəyanatında deyib. "Azərbaycan elektrik şəbəkələrinin modernləşdirilməsinə, həmçinin bərpaolunan enerji mənbələri sahəsində olan layihələrə qoşulmağa hazırdırlar", - Rusiya lideri əlavə edib.