Rusiya Federasiyasının Mordoviya Respublikasında ölkənin ilk elastik günəş modullarının istehsalı müəssisəsi fəaliyyətə başlayıb.
Renewables.az Overclockers-ə istinadən xəbər verir ki, istehsal yarımkeçirici materialların vakuumda çökdürülməsini nəzərdə tutan CIGS (mis, indium, qalium, selenid) nazik (elastik) təbəqə texnologiyasından istifadə edəcək.
ROSNANO Qrupuna daxil olan "SteelSun" tərəfindən açılan zavodun ümumi illik istehsal gücü 10 meqavat olacaq. Layihənin investisiya həcmi 7,5 milyon dollardan çoxdur.




