Səfir: "Azərbaycan qlobal iqlim dəyişikliyi ilə lazımi şəkildə mübarizə aparır"

22 oktyabr 2021, 19:53 (UTC+4)
ÖLKƏ
EDITOR
image
Neft-qaz ölkəsi olan Azərbaycan qlobal iqlim dəyişikliyi ilə lazımi şəkildə mübarizə aparır. "Berpaolunanenerji.az"ın məlumatına görə, bunu bu gün Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp BMT-nin İqlim Dəyişikliyinə dair 26-cı (COP-26) konfransı ərəfəsində Bakıda keçirilən tədbir zamanı deyib. O bildirib ki, bu gün bir çox ölkələr iqlim dəyişikliyi ilə mübarizə apara bilmir: "Ümid edirəm ki, Qlazqoda keçiriləcək iqlim dəyişikliyi ilə bağlı görüş üzv ölkələr üçün faydalı olacaq". C.Şarp qeyd edib ki, kömür yanacağından, dizel və benzinlə işləyən avtomobillərdən imtina etmək lazımdır: "Böyük Britaniya bu məqsədlərə 2030-cu ilədək nail olmaq niyyətindədir. Alternativ enerjiyə keçid dörd dəfə tez baş tutmalıdır. Ümid edirəm ki, Qlazqodakı COP-26 tədbiri Azərbaycana iqlim dəyişikliyi ilə mübarizə üçün əlavə vasitələr təqdim edəcək".