Səfir: "Yaşıl" enerji həm Aİ, həm də Azərbaycan üçün vacib sahələrdəndir"

8 may 2022, 20:23 (UTC+4)
ÖLKƏ
EDITOR
image
Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında enerji əməkdaşlığı genişlənmə potensialına malikdir. "Berpaolunanenerji.az"ın məlumatına görə, bunu Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalko 9 may Avropa Gününə həsr olunmuş mətbuat konfransında deyib. "Enerji sektoru uğurla inkişaf edən ticarət münasibətləri ilə yanaşı, Aİ ilə Azərbaycan arasında əməkdaşlığın vacib sahələrindən biridir", - deyə o bildirib. "Aİ ilə Azərbaycan arasında enerji əməkdaşlığı həm də bərpa olunan enerji mənbələri sektoruna da aiddir. "Yaşıl" enerji həm Aİ, həm də Azərbaycan üçün vacib sahələrdəndir", - P.Mixalko deyib.