Sabancı Holdinq təmiz enerjiyə 6 milyard dollar investisiya yatıracaq

REGİON

image

Sabancı Holdinq yaxın 5 ildə Türkiyədə təmiz enerji və iqlim texnologiyalarına 6 milyard dollardan çox investisiya qoyacaq.

Renewables.az Yeni Şafak-a istinadən xəbər verir ki, bunu Sabancı Holdinq Enerji Qrupunun prezidenti Kıvanç Zaimler açıqlayıb.

Zaimler təmiz enerjiyə investisiyaların 2023-cü ildə keçirilmiş COP28 Konfransında 2030-cu ilə qədər dünyada bərpa olunan enerji potensialının üç dəfə, enerji səmərəliliyinin isə ikiqat artırılması təşəbbüsü baxımından önəmli olduğunu vurğulayıb.



OXŞAR XƏBƏRLƏR