Türkiyədə külək enerjisi istehsalında rekord qeydə alınıb
REGİON
KÜLƏK
-
29.10.2021 21:21 (UTC+04:00)
Türkiyənin elektrik enerjisi istehsalında külək enerjisinin payı 20 faizi keçib.
"Berpaolunanenerji.az"ın məlumatına görə, bunu ölkənin Enerji və Təbii Sərvətlər naziri Fatih Dönməz açıqlayıb.
Açıqlamaya görə, 25 oktyabr tarixində külək enerjisinin istehsalı 174 723 meqavat-saat olub ki, bu da indiyədək qeydə alınmış ən yüksək göstəricidir.
Qeyd olunub ki, həmin gün ümumi elektrik enerjisi istehsalında külək enerjisinin payı 20,2 faiz olub.