Wood Mackenzie: Bioyanacaq istehsalı üçün tələb olunan investisiya 1 milyard ABŞ dollarına çata bilər

BİO

image

Hazırda bioyanacaq xammalı ticarəti ilə məşğul olan iş adamları üçün maraqlı fürsətlər yaranır.

Renewables.az “Report”a istinadən xəbər verir ki, bu barədə “Wood Mackenzie” şirkətinin direktoru İan Sim Bakıda keçirilən “Xəzər və Mərkəzi Asiya Neft Ticarəti və Nəqliyyatı Forumu”nda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bioyanacaq istehsalı üçün tələb olunan investisiya neft emalı zavodunun ölçüsündən asılı olaraq 500 milyon ABŞ dollarından 1 milyard ABŞ dollarına qədər dəyişə bilər:

“Bu səbəbdən biz hazırda zavod operatorları, menecerlər, investorlar, banklar və digər tərəfdaşlarla danışıqlar aparırıq. Əsas müzakirə mövzusu isə yeni iri kapital qoyuluşları əvəzinə mövcud emal güclərinin necə səmərəli şəkildə bioyanacaq istehsalına yönəldilə biləcəyidir”.



OXŞAR XƏBƏRLƏR